Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub

9 İyun 2025 17:24 (UTC+04:00)

Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub. SİA xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.

Nəticələrə əsasən, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb. "Bakı-2" ikinci, "Qazax" kollektivi isə üçüncü yerin sahibi olublar.

Qızların mübarizəsində də “Bakı-1” bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, "Gəncə" isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, oğlanların yarışında 7, qızların birinciliyində isə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.