Bu adanı yalnız əsgər və alimlər ziyarət edə bilərlər, özü də...

10 İyun 2025 00:45 (UTC+04:00)

...Ölümcül İlha da Queimada Grande adası dünyanın ən təhlükəli 4000 ilanına ev sahibliyi edir və o qədər qorxulu hesab olunur ki, Braziliya hökuməti ziyarətçilərin ora getməsini qadağan edib.

Ada San-Paulu sahillərindən 32 kilometr aralıda yerləşir və qızıl gürzənin evidir.

SİA-nın məlumatına görə, bu barədə Daily Mail yazır.

430 min kvadratmetrlik bu sahə Yer kürəsində Bothrops insulari (qızıl gürzə) yaşayan yeganə yerdir. Bu yer həm də “İlan adası” ləqəbini alıb.

...İlanların tədqiqi üçün hər il icazə verilən bir neçə elm adamı istisna olmaqla, insanlar adanı nadir hallarda ziyarət edirlər. 1909-cu ildə inşa edilmiş muxtar mayakda xidmət göstərən Braziliya Hərbi Dəniz Qüvvələri tərəfindən vaxtaşırı ziyarət edilir və sonra tez ada tərk edilir.

Ada İlan adası kimi tanınır, çünki bəzi məlumatlara görə, hər kvadrat metrə bir ilan düşür..?

Bundan əlavə, brakonyerlərin adaya səfər edərək qara bazarda qiyməti 30 min dollara qədər olan qızıl gürzələri tutması da məlumdur.

...Daily Mail əlavə edib ki, gürzə təcrid olunmuş şəkildə təkamül edib, çünki dəniz səviyyəsinin yüksəlməsi adanı 11 min il əvvəl materikdən ayırıb və adadakı ilanları məhdud ...Köçəri quşlar gürzənin əsas şikarına çevrilib, lakin problem ondadır ki, zəhərlərin əksəriyyəti dərhal, bəzən hətta bir neçə gündən sonra da təsir edir.

Belə ki, ilanın zəhəri quşları öldürəndə onlar artıq başqa yerə uçmağa müvəffəq olurlar, buna görə də ilanlar təkamül keçirərək ovunu demək olar ki, dərhal öldürə bilən son dərəcə güclü zəhər inkişaf etdiriblər...

Bu məqalədə deyilir və qeyd olunur ki, bu ilanların zəhəri digərlərindən beş dəfə güclüdür və hətta insan ətini də əridə bilir. İnsanlarda qızıl gürzə dişləməsinin 70 faizi ölüm ehtimalıdır.

Ada ziyarətçilər üçün bağlanmazdan əvvəl, bu yırtıcılar üzündən ölən insanların bir neçə hekayəsi var idi.

...Lakin son 15 ildə adada ilan populyasiyası bitki örtüyünün çıxarılması və xəstəliyin birləşməsi səbəbindən 15 faiz azalıb.

Və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısında ilanlar hazırda kritik təhlükə altında olanlar siyahısına salınıb.

Nəşr belə yazsa da, amma buna baxmayaraq, adanı ziyarət etmək hələ də çox təhlükəlidir.

Əli Babayev