"Mərkəzi Asiya - Çin" sammiti iyunun 16-17-də Astanada keçiriləcək

9 İyun 2025 15:50 (UTC+04:00)

İyunun 16-17-də Astanada (Qazaxıstan) "Mərkəzi Asiya - Çin" sammiti keçiriləcək. SİA bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sammit çərçivəsində Qazaxıstan ilə Çin şirkətləri arasında investisiya layihələrinin həyata keçirilməsinə dair sənədlərin imzalanması mümkündür.