Yabanı halda bitmiş 11,4 ton çətənə kolu məhv edilib

9 İyun 2025 14:25 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54 min ədəd çətənə kolu isə məhv edilib.