Naxçıvanda dönərdən zəhərləndiyi ehtimal edən 17 nəfərin son durumu açıqlanıb

9 İyun 2025 12:36 (UTC+04:00)

İyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub. Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Daxil olan digər 9 nəfər xəstə isə azyaşlı uşaq olub. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva deyib.

Həkim-infeksionist qeyd edib ki, aparılan simptomatik yardımlar sonrası və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıb: "Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq zəhərlənmə halının çox olduğu məlumatı bizdə vardır. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib"