Şəki məktəblisi “World Talent Award” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb

9 İyun 2025 12:04 (UTC+04:00)

Şəki şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “World Talent Award” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb. SİA xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Ayan Əhmədzadə həm də Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır.