Kaliforniya qubernatoru Qevin Nyusom bəyan edib ki, ştatda iğtişaşlarla mübarizə məqsədilə Milli Qvardiyanın yerləşdirilməsi ilə əlaqədar bazar ertəsi ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırılacaq. SİA xəbər verir ki, o, bunu MSNBC-yə müsahibəsində bildirib.
"Donald Tramp bu axşam televizorda gördüyünüz şəraiti yaratdı. O, vəziyyəti daha da ağırlaşdırdı. Onun Milli Qvardiyaya rəhbərlik edəcəyini elan etməsi qanunsuz akt, konstitusiyaya və əxlaq qaydalarına zidd hərəkətdir", - o qeyd edib.
Nyusom dəqiqləşdirib ki, məhkəmədə Trampın ştatın razılığı olmadan Kaliforniya Milli Qvardiyasını federallaşdırmaq qərarına etiraz irəli sürüləcək..
Bazar günü axşam Los-Anceles polisi şəhərin bütün mərkəzinin "qanunsuz yığıncaq yeri elan edildiyini" açıqlayıb və ən azı 56 nəfərin həbs edildiyini bildirib.