Böyük Britaniya hökuməti uşaqların sosial media platformalarında keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün daha sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi nəzərdən keçirir. SİA BBC-yə istinadla xəbər verir ki, təşəbbüs çərçivəsində sosial şəbəkə tətbiqlərində istifadə müddətinə gündəlik iki saatlıq limit və axşam saat 22:00-dan sonra qadağa qoyulması təklif olunur.
Texnologiya naziri Piter Kayl bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaradan təbiətini araşdırdıqlarını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.