Ukraynaya irimiqyaslı PUA hücumu olub

9 İyun 2025 05:30 (UTC+04:00)

Bu gecə Rusiya Federasiyası növbəti dəfə Ukraynanın şəhər və qəsəbələrinə irimiqyaslı PUA hücumu həyata keçirir. SİA xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Kiyevdə partlayış səsləri eşidilib. Səmadakı təhlükəli hədəflər hava hücumundan müdafiə vasitələri ilə vurulur.

"İran istehsalı olan "Shahid" tipli PUA qrupları Sumi bölgəsinin şərqindən şimalına və cənubuna uçur. Bir neçə qrup Sumı vilayətinin şimalında, cənubunda və şərqindədir - onlar Çerniqov/Poltava vilayətinə doğru gedirlər", - məlumatda deyilir.

Saat 23:27-də Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının "Telegram" kanalı xəbərdarlıq edib ki, Kursk və Bryansk vilayətlərindən yeni dron qrupları Sumı vilayətinin şimalına daxil olur. “Shahid”lər aşağıdakı istiqamətlərdə qeydə alınıb: