Azərbaycanın basketbol millisi finala vəsiqə qazanıb

8 İyun 2025 21:47 (UTC+04:00)

Basketbolun 3x3 növü üzrə Azərbaycanın qadın millisi Avropa Kubokunun (2025) təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

SIA xəbər verir ki, yığma komandamız Malta ilə qarşılaşıb və rəqibini 21:11 hesabı ilə məğlub edib.

Yığmamız finalda Kipr komandası ilə üz-üzə gələcək.

Həlledici matç bu gün Bakı vaxtı ilə saat 22:15-da baş tutacaq.