“Roma” klubu loqosunu dəyişib...

8 İyun 2025 18:49 (UTC+04:00)

İtaliyanın "Roma" futbol klubu emblemindəki loqoda dəyişiklik edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əvvəlki loqodan klubun adı və yaranma tarixi - 1927 silinib.

Qeyd edək ki, əvvəlki loqo 2016-cı ildə qəbul olunmuşdu.