Əfqanıstan beynəlxalq ictimaiyyətə çağırış edib...

8 İyun 2025 17:53 (UTC+04:00)

...Əfqanıstan İqtisadiyyat Nazirliyi beynəlxalq ictimaiyyəti ölkəyə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb.

SİA-nın məlumatına görə, bu barədə “Ariana News” xəbər verir.

Departament hesab edir ki, məhdudiyyətlərin davam etməsi ticarət və investisiyaya mənfi təsir göstərir, həmçinin Əfqanıstanda yoxsulluğun və işsizliyin artmasına səbəb olur. Nazirliyin sözçüsü Əbdül Rəhman Həbibin sözlərinə görə, beynəlxalq ictimaiyyət humanitar məsələləri siyasiləşdirməməli və Kabilə humanitar yardımı davam etdirməlidir.

Əvvəllər bildirilirdi ki, BMT son üç ildə Əfqanıstandakı struktur bölmələrinə hər iki həftədən bir 80 milyon dollara yaxın vəsait göndərir.

2021-ci ildə Taliban (Rusiyada qadağan olunmuş təşkilat) hakimiyyətə gəldikdən sonra BMT İslam Əmirliyinə vəsaitlərin köçürülməsinə qarşı sanksiyalar tətbiq edib. Maliyyə çatışmazlığını aradan qaldırmaq üçün təşkilat hər 10-14 gündən bir Əfqanıstandakı ofislərinə təxminən 80 milyon dollar göndərirdi.

Əli Babayev