Astarada avtomobil ata və oğlunu vurub

8 İyun 2025 17:15 (UTC+04:00)

Astarada avtomobil ata və oğlunu vurub. SİA-nın məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.