Kolumbiyalı senator sui-qəsd cəhdindən sonra əməliyyat olunub

8 İyun 2025 16:40 (UTC+04:00)

Kolumbiya senatoru və “Demokratik Mərkəz” partiyasından prezidentliyə namizəd Migel Uribe Turbay şənbə axşamı ona qarşı sui-qəsd cəhdindən sonra təcili əməliyyat keçirib. Bu barədə SİA “Blu Radio”ya istinadən məlumat verir.

Siyasətçinin yaxın çevrəsindəki mənbələrin sözlərinə görə, cərrahi əməliyyat uğurlu olub, lakin vəziyyəti kritik olaraq qalır.

Əməliyyatın uğurla keçirilməsi xəbərini “Demokratik Mərkəz”in üzvü olan Nümayəndələr Palatasının (Kolumbiya Konqresinin aşağı palatası – red.) üzvü Kristian Qarses də təsdiqləyib.

“Migel əməliyyat keçirdi, o bunu etdi. İndi onun sağalması üçün çox səy göstərmək lazımdır”, – Qarses bildirib.

Xatırladaq ki, 39 yaşlı Turbay Boqotanın qərbindəki Modelya rayonunda seçkiqabağı tədbirdə çıxışı zamanı bir neçə güllə yarası, o cümlədən baş və boyun nahiyəsindən yaralanıb. Ona hücum edənlərdən biri, 15 yaşlı yeniyetmə saxlanılıb. Hakimiyyət hücumun araşdırılmasına kömək edəcək hər hansı məlumat üçün 3 milyard peso (təxminən 730 min ABŞ dolları – red.) mükafat elan edib.