Yollarda görünüş məsafəsi 1 000 metrədək məhdudlaşacaq

8 İyun 2025 16:00 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 9-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.