Miqrantlar arasında 141 sifilis hadisəsi aşkar edilib...

8 İyun 2025 23:36 (UTC+04:00)

...Ötən il Tula təkcə vilayətində miqrantlar arasında 179 yoluxucu xəstəlik qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsi məlumat yayıb.

Müəyyən edilmiş xəstəliklər arasında: sifilis – 141, İİV(SPİD) – 31, vərəm – 7...

Bu hallar miqrantların, o cümlədən qeyri-qanuni miqrantların ictimai sağlamlıq üçün potensial təhlükə səbəbindən Rusiyada qalmasının arzuolunmazlığı barədə qərarın verilməsi üçün əsas olub.

Ümumilikdə, il ərzində şöbə 79 belə qərar qəbul edib: 54-ü sifilis, 24-ü İİV(SPİD), 1-i vərəmlə bağlı...

...Nəticədə miqrantlar müalicə olunaraq sağaldıqları üçün altı qərar dayandırılıb, ikisi isə ləğv edilib.

Əli Babayev