2025-ci ilin ən yaxşı planşetləri müəyyənləşib...

8 İyun 2025 23:53 (UTC+04:00)

...“Palaç” portalının redaktorları qiyməti 40 ilə 55 min rubl arasında olan üç ən yaxşı və ən güclü planşetin seçimini tərtib etdilər.

SİA-nın məlumatına görə, siyahını 3K təsvir ölçülü 12,1 düymlük IPS displey, 144 Hz yeniləmə tezliyi, HDR10+ və Dolby Vision dəstəyi, Snapdragon 8s Gen 3 çipi, 9510 mAh batareya, stereodinamiklər, həmçinin stilus üçün klaviatura dəstəyi ilə OnePlus Pad 2 açır.

Mütəxəssislər deyirlər ki, cihaza daxil olan şarj cihazının olmaması onun çatışmazlıqlarından biridir. Qadcetın qiyməti orta hesabla 41,4 min rubl təşkil edir.

Sonrakı yerdə 3K təsvir ölçülü, HDR10 dəstəyi və pik parlaqlığı 1600 nit olan 144 Hz-lik 12,3 düymlük OLED displey ilə təchiz edilmiş 43,4 min rubl dəyərində Honor MagicPad 2 gəlir.

Cihaz Snapdragon 8s Gen 3 çipi ilə təchiz edilib, 10,050 mAh batareya isə 66 Vt sürətli şarjı dəstəkləyir.

Digər şeylər arasında aksesuarlara dəstək və 8 stereo dinamikin mövcudluğunu qeyd edir.

Güclü Apple M3 çipi ilə iPad Air 11 (2025) seçimi tamamlayır. 54,7 min rubl qiymətində...

Qadcet 11 düymlük IPS ekrana, 7606 mAh batareyaya və həm Apple, həm də üçüncü tərəf istehsalçılarının müxtəlif aksesuarlarına dəstək verir.

Cihazın yeganə çatışmazlığı onun 60Hz ekranıdır.

Nazlı Almuradova