Goranboyda yeniyetmə qızı maşın vurub

8 İyun 2025 14:40 (UTC+04:00)

Goranboyda yeniyetmə qızı maşın vurub. SİA-nın xəbərinə görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.