Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək

8 İyun 2025 10:22 (UTC+04:00)

Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək. SİA xəbər verir ki, əvəlcə üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdıracaqlar.

Bu oyun saat 17:00-da Ştutqart şəhərində baş tutacaq.

Həlledici qarşılaşmada isə Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.