Somali hərbçiləri “Əş-Şəbab”ın üç səhra komandirini öldürüb

8 İyun 2025 01:59 (UTC+04:00)

Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin və Somali Milli Ordusunun (SNA) hərbçiləri “Əş-Şəbab” terror qruplaşmasının üç səhra komandirini zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin press-relizində deyilir.

“Hiran bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində terrorçuların basqınlarına rəhbərlik edən Nunule, Qalqadud bölgəsində terror kəşfiyyatının rəhbəri Kaddau və silahlıların təlim bazalarına rəhbərlik edən Makallin Kumar zərərsizləşdirilib”, - məlumatda bildirilir.

Somali Prezidenti Həsən Şeyx Mohamud “Əl-Şabab”a qarşı “tam müharibə” aparacağına söz verib. Milli orduya yerli milislər və Afrika İttifaqı qoşunları dəstək verir.