Nə oldu, bəs, "udacıq" deyirdiniz..

7 İyun 2025 19:19 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxıb.

SİA xəbər verir ki, yığma səfərdə Latviya ilə qarşılaşıb. Riqa şəhərindəki "Skonto" stadionunda təşkil olunan matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.