Belaruslu təqaüdçü qadın aktyor Kianu Rivz ilə yazışırmış..?

7 İyun 2025 20:43 (UTC+04:00)

...Deyirəm,.. yox, məndən əvvəl deyilib, yadınıza salıram; “...Vallah, Ştirlis bunların başını xarab edib də...”

Deməli, Belarusun Vitebsk şəhərindən olan və kanadalı aktyor Kianu Rivzi... sevən təqaüdçü qadın poçt bağlamasına görə bütün əmanətlərini itirib.

SİA-nın məlumatına görə, bu barədə “Vitebskie Vesti” yazır.

...Fırıldaqçıların bu dəfəki qurbanı Kianu Rivzi ilə internetdə tanış olduğu iddia edilən Vitebskdən olan təqaüdçü qadın olub.

“Hollivud ulduzu” ilk dəfə belarus qadınına messencerdə, özü də təmiz rus dilində yazıb.

...Və tezliklə söhbət romantik bir çalar alıb və aktyorun dedikləri Vitebskli qadınının ağlını başından alıb.

...Nə bilim, Vallah, amma deyilənlərə görə, aktyor guya ona 500 min dollarlıq bir bağlama göndərib.

...Aktyor qadına yalnız "poçt şirkətlərinə" göndəriləcək köçürmələri ödəməli olduğunu söyləyib.

Nəticədə, 2025-ci ilin yanvar-mart aylarında Vitebsk sakini əlində olub-qalan 4000 Belarus rublunu “əmanət üçün” köçürüb.

Ancaq ona deyiblər ki, bağlamanı almadan əvvəl hələ də 7000 Belarus rublu köçürməlisən.

Neyləməli, qadın bu dəfə kredit götürmək qərarına gəlib.

...Və bankda təqaüdçü qadın kassirə sevgilisinin kim olduğu deyib “gözdağı” verməklə, öyünüb də...

Və bank işçisi qadının dələduzların cənginə keçdiyini başa düçərək polisə zəng edib.

Faktla bağlı cinayət işi araşdırılır.

Nazlı Almuradova