Rusiya ukraynalı hərbçilərin meyitlərinin repatriasiyası aksiyasının başladığını elan edib

7 İyun 2025 17:23 (UTC+04:00)

Rusiya 6 mindən çox ukraynalı hərbçinin meyitinin repatriasiyası və əsirlərin mübadiləsi üzrə genişmiqyaslı humanitar aksiyaya başlayıb. SİA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib.