...Çin dövlət şirkəti olan “PetroChina” Çinin şimalındakı ən böyük neft emalı zavodu olan Dalian Petrochemical Corp-un sonuncu neft emalı blokunu bağlayacaq.
SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. Dörd neft sənayesi mənbəsi Reuters-ə bildiriblər ki, bağlanma ayın sonuna planlaşdırılır.
“PetroChina” gələn ay Dalian Petrochemical Corp-da gündəlik 200 000 barrel xam neft blokunu və ikinci emal bölmələrini bağlayacaq.
Bu, Çinin nəhəng dövlət zavodunu bağlamaq və onu daha kiçik bir zavodla əvəz etmək planının bir hissəsidir.
İki mənbənin Reuters-ə verdiyi məlumata görə, bu arada “PetroChina” bu ay xam neft və digər xammal ehtiyatlarını azaltmağa başlayacaq.
...Və avqustun sonuna qədər həmin məhsulların bütün ehtiyatlarını təmizləyəcək.
İddialara görə, “PetroChina” Dalian zavodunun bağlanması prosesinə 2023-cü ilin sonlarında başlayıb. Zavod Çinin milli emal gücünün təxminən 3 faizini təşkil edir.
Şirkət əsasən Sibir yataqlarından Rusiyanın ESPO xam neft qarışığını emal edir(di?).
Əli Babayev