Şimali Koreyada internetin işində ciddi nasazlıq yaranıb

7 İyun 2025 13:42 (UTC+04:00)

Şimali Koreyada internetin işində ciddi nasazlıq baş verib. SİA “Reuters”ə istinadən xəbər verir ki, bunun səbəbi hələ də aydın deyil.

Məlumata görə, nasazlıq şənbə günü bir neçə saat davam edib, dövlət saytları və rəsmi xəbər mənbələrinə giriş məhdudlaşıb.

Ölkənin internet və texnoloji infrastrukturunu izləyən tədqiqatçıların sözlərinə görə, bu, böyük ehtimalla, daxili problemlərdən qaynaqlanıb.

Ölkənin xəbər agentlikləri, Xarici İşlər Nazirliyi və milli aviaşirkət “Air Koryo” da daxil olmaqla, əsas rəsmi resurslara əlçatanlıq olmayıb. KİV-in məlumatına görə, saytlar günorta saatlarına yaxın tədricən bərpa olunmağa başlayıb.