"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

7 İyun 2025 11:49 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. SİA "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı müdafiəçi ilə maraqlanır.

Ərəblər danimarkalı oyunçunun maaşını iki dəfədən çox artıra bilər. Kataloniya təmsilçisi də Kristenseni buraxmağa hazırdır.

Qeyd edək ki, futbolçu 2024/2025 mövsümünün böyük hissəsini zədə səbəbindən buraxıb. O, bütün turnirlərdə "Barselona" forması ilə cəmi altı matçda meydana çıxıb.