DİN: 5 min çətənə kolu məhv edilib

7 İyun 2025 10:57 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.