Azərbaycanda iyunun 6-da 16 kiloqramdan çox narkotik aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.