Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb
7 İyun 2025 10:17 (UTC+04:00)
Rusiyanın Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində üç nəfər ölüb. SİA Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.