"Mançester Yunayted”, “Real Madrid”, “Milan”, PSJ və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem cəngavər rütbəsi alacaq. SİA xəbər verir ki, bu barədə İngiltərənin məşhur “The Sun” internet nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, eks-futbolçu cənagvər rütbəsi ilə yanaşı “Ser”, həyat yoldaşı Viktoriya isə “Ledi” tituluna layiq görüləcək. Mükafatın rəsmi elanı iyunun sonunda gözlənilir. Bekhem “Mançester Yunayted”in yetirməsidir. Bu klubda Devid altı dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.