İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlunu istefaya göndərib.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yunan əsilli avstraliyalı mütəxəssis geridə qalan mövsümdə komandasına Avropa Liqası kubokunu qazandırmışdı.
59 yaşlı çalışdırıcı 2023-cü ildən London təmsilçisinə rəhbərlik edirdi.