Oyunçularım onlardan nələr istədiyimi bilirlər.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının yaxşı təlim-məşq toplanışı keçdiyini bildirib: "Bəzi futbolçular Azərbaycan Kubokunun final oyunundan sonra komandaya qoşuldular. Bizi çətin matç gözləyir. Latviya millisinin keyfiyyətli oyunçuları var. Rəqib barədə uşaqlara ətraflı məlumat vermişəm. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.