Moskvaya doğru uçan daha iki pilotsuz təyyarə vurulub...

6 İyun 2025 19:16 (UTC+04:00)

Moskvaya doğru uçan daha iki pilotsuz təyyarə vurulub.

SİA-nın məlumatına görə, bu barədə paytaxtın meri Sergey Sobyanin Telegram kanalında bildirib.

O, pilotsuz təyyarələrin növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini izah edib.

Sobyanin əmindir ki, qəza xidmətlərinin mütəxəssisləri dağıntıların düşdüyü yerdə işə başlayıblar.

Moskva meri öz yazısında pilotsuz təyyarələrin məhv edildiyi konkret yer barədə məlumat verməyib.

...İyunun 6-da axşam mer Moskvaya doğru uçan pilotsuz təyyarənin vurulduğunu elan edib.

O zaman Sobyanin də hücum cəhdinin təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl Bryansk vilayəti səmasında Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğu məlum olub.

Yerli hakimiyyət orqanları bunun təyyarə tipli dron olduğunu izah ediblər.

Əli Babayev