"O, indiyə qədər işlədiyim ən yaxşı patrondur..."

6 İyun 2025 19:05 (UTC+04:00)

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun keçmiş mühafizəçisi Hicman Buxari idmançı ilə işləyərkən aldığı maaşın miqdarını açıqlayıb.

SİA-nın məlumatına görə, onun sözlərini Telecinco sitat gətirir.

Buxari futbolçunun ona gündə təxminən 850 funt-sterlinq pul ödədiyini bildirib.

...O, indiyə qədər işlədiyim ən yaxşı patrondur. Bizim yaxşı münasibətlərimiz var idi.

Qeyd edək ki, mayın 15-də Ronaldo Forbes tərəfindən ən çox qazanan idmançı seçilib.

Onun illik gəliri 275 milyon dollar olub.

Portuqaliyalı futbolçu ardıcıl üçüncü dəfə reytinq cədvəlinə başçılıq edir.

Ronaldo 5 dəfə “Qızıl top”un qalibidir.

O, beş Çempionlar Liqası, həmçinin İngiltərə, İspaniya və İtaliyada çempionluq titulları qazanıb.

İdmançı Portuqaliya millisi ilə birlikdə 2016-cı ilin Avropa Çempionu və qitə çempionatının gümüş və bürünc mükafatçısı olub.

Nazlı Almuradova