...ABŞ prezidenti Donald Tramp bildirib ki, amerikalı iş adamı İlon Mask mübahisədən sonra onunla danışmaq istəyir, lakin Trampın özü danışmağa “hazır deyil”.
SİA-nın məlumatına görə, ABŞ prezidenti bu barədə cümə günü, iyunun 6-da ABC News-a verdiyi şərhdə bildirib. ...Cümə günü səhər telefonla verdiyi müsahibədə, Elon Mask ilə qızğın fikir mübadiləsindən bir neçə saat sonra prezident Donald Tramp təəccüblü dərəcədə sakit idi, sanki onların davası cümə axşamı baş verən ən maraqlı şey deyildi, - deyə kanal qeyd edir.
ABC News müxbiri Trampdan həqiqətən bu axşam Mask ilə söhbətinin olub-olmadığını soruşub.
Siz dəli olmuş adamı nəzərdə tutursunuz?
...ABŞ prezidenti bildirib ki, hazırda danışmaqda "xüsusilə" maraqlı deyil.
Əli Babayev