Çernobıl ilə Xirosima və Naqasakidəki analoji hadisələrin fərqi..?

7 İyun 2025 00:45 (UTC+04:00)

...Çernobıl faciəsi ilə Xirosima və Naqasakinin bombardmanları arasındakı fərq qalıq radioaktiv çirklənmədir: nüvə reaktoru və atom bombasının fərqli izotopları var.

SİA xəbər verir ki, bubarədə alimlərə istinadən "Moskovski Komsomolets" məlumat yayıb.

...Nəşr xatırladıb ki, ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə nüvə bombaları atıb, Çernobıl AES-də partlayış isə 1986-cı ildə baş verib.

Eyni zamanda, hazırda Yaponiya şəhərlərində 1,5 milyondan çox insan yaşayır, Çernobılın təcrid zonasında isə hələ də demək olar ki, heç kim yoxdur.

Çernobıl qəzasından 38 il keçib: faciə harada və niyə təkrarlana bilər?

Alimlərin fikrincə, bu, qalıq radioaktiv çirklənmə ilə bağlıdır. Onlar izah ediblər ki, nüvə reaktorunun və atom bombasının müxtəlif izotopları var - müvafiq olaraq uzunömürlü və qısamüddətli radioaktiv elementlər.

Bundan əlavə, o dövrün atom bombalarında cəmi bir neçə onlarla kiloqram uran, atom elektrik stansiyaları isə 190 tona yaxın nüvə yanacağı istifadə edirdi.

Əli Babayev