Bundesliqa klubu fransalı futbolçunu transfer edib

6 İyun 2025 17:24 (UTC+04:00)

Almaniya Bundesliqası təmsilçisi "Ştutqart" Fransanın "Renn" klubundan Lorents Assinyonu transfer edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ştutqart təmsilçisi müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, L.Assinyon 2024/2025 mövsümündə “Renn”in heyətində 34 matça çıxıb, 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.