Azərbaycan boksçusu Qazaxıstanda bürünc medal qazanıb

6 İyun 2025 15:45 (UTC+04:00)

Azərbaycan boksçusu Hikmət Məmmədov (50 kq) Qazaxıstanın Türküstan şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Bu barədə SİA-ya Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan millisi yarışı 1 medalla başa vurub.