...Osakadan olan bir yapon xüsusi hərbi əməliyyatda iştirak etmək üçün çeçen xüsusi təyinatlı “Axmat” bölməsində əsgər kimi qeydiyyatdan keçdi.
SİA-nın məlumatına görə, yapon əvvəllər kamikadze pilotu olmuş babasının nümunəsindən ilhamlanıb və o, “Danya” çağırış işarəsini də götürüb ("Qardaş" və "Qardaş 2" filmlərindən Danila Baqrov obrazının şərəfinə).
Hərbçi bildirib ki, II Dünya müharibəsində SSRİ-nin müttəfiqlərinə qarşı militarist Yaponiyanın tərəfində vuruşmuş babasını qəhrəman hesab edir.
...Mən babam kimi samuray olmaq istəyirəm. O, kamikadze idi. O, çox yaxşı insan idi, ona görə də mən də onun kimi olmaq istəyirəm.
Bunu deyən yapon döyüşçü qeyd edib ki, babası Amerika qoşunlarına qarşı döyüşüb və planlaşdırılan son kamikadze uçuşundan üç gün əvvəl vətənə qayıdıb.
Əli Babayev