Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova kişi voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqası oyunlarına təyinat alıb. Bu barədə SİA-ya Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qurum rəsmisi 6-8 iyun tarixlərində Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq ikinci turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Monteneqro və Latviya komandaları mübarizə aparacaqlar.