"İnter” sabiq futbolçusunu baş məşqçi postuna gətirdi

6 İyun 2025 14:02 (UTC+04:00)

Simone İnzaqi ilə yollarını ayıran “İnter”in yeni baş məşqçisi müəyyənləşib. SİA “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klub hazırda “Parma”da çalışan Kristian Kivu ilə anlaşıb. Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Kristian Kivu futbolçu karyerası dövründə 7 il “İnter”də çıxış edib. 44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.