Paris Rusiyaya qarşı yeni sanksiyalarla bağlı təkliflərini Avropa Komissiyasına təqdim edib və onların iyunun sonuna kimi qəbul ediləcəyinə ümid edir. SİA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Bildirilir ki, bu təkliflər Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməlidir. Bundan əvvəl prezident Emmanuel Makron Rusiyanın maliyyə xidmətləri və karbohidrogenlərə təsir göstərə biləcək 30 günlük atəşkəsə əməl etməkdən imtina edəcəyi təqdirdə əlavə sanksiyaları istisna etməyib.
Barrot həmçinin iddia edib ki, ABŞ senatorları Fransa və onun avropalı müttəfiqlərinin dəstəklədiyi və koordinasiya etdiyi “Rusiya iqtisadiyyatı üçün dağıdıcı olacaq sanksiyalar” hazırlayır.
Onun sözlərinə görə, yeni paket Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən ölkələrə yönəlib.