...Prediabetli insanlar metabolik pozğunluqlara və xroniki iltihaba səbəb olan lipid mübadiləsindən əziyyət çəkirlər. Alimlər sübut ediblər ki, gündə yalnız bir porsiya lobya mənfi təsirləri minimuma endirir.
...Alimlər lobyanın ürək xəstəlikləri və yüksək xolesterinlə mübarizədə faydalarını açıqlayıblar.
SİA-nın məlumatına görə, İllinoys Texnologiya İnstitutunun alimləri diabetdən əziyyət çəkən 72 nəfərin iştirakı ilə təcrübə apardıqdan sonra belə qənaətə gəliblər.
Araşdırmada bir qrup könüllü noxud, digəri isə qara lobya yeyib.
Nəticədə, birinci qrupdakı subyektlərdə ümumi xolesterinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilib. İkinci qrupda iltihab markerinin interleykin-6 səviyyəsi azalmışdır.
Bununla belə, qlükoza səviyyəsində heç bir dəyişiklik müşahidə edilməmişdir.
Alimlər belə qənaətə gəliblər ki, lobya lipid mübadiləsini və xroniki iltihabı yaxşılaşdıra bilər ki, bu da tez-tez prediabetli insanlar üçün problemdir. Buna görə də onlar əmindirlər ki, gündə yalnız bir porsiya lobya qanda xolesterini və ürək xəstəliyi riskini azaltmaq üçün kifayətdir.
Nazlı Almuradova