Şamaxı və Xızıda zəlzələ olub

6 İyun 2025 10:37 (UTC+04:00)

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.