İrəvan Qazılığının bərpa edilməsinə Ermənistanın münasibəti bizi maraqlandırmır - Şeyxülislam

6 İyun 2025 09:50 (UTC+04:00)

İrəvan Qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, İrəvan Qazılığı yaradılmayıb, bərpa edilib:

"O ərazilər bizim əbədi torpaqlarımızdır. 1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildiyi üçün oradakı Qazılığın fəaliyyəti dayandırılmışdı. Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq və tezliklə o torpaqlarda da Qazılıq fəaliyyət göstərəcək".