Naxçıvanda 4 otaqlı evdə güclü yanğın olub

6 İyun 2025 07:34 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 170 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.