Rusiya-Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

6 İyun 2025 02:11 (UTC+04:00)

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. SİA xəbər verir ki, o, Rusiya və Nigeriya milli komandaları arasında iyunun 6-da keçiriləcək yoldaşlıq görüşünün baş hakimi olacaq. Moskvada baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını rusiyalı Yevgeni Kukulyak yerinə yetirəcək.

Qeyd edək ki, “Lujniki” stadionunda keçiriləcək Rusiya – Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.