...On kilometr hündürlükdə uçan təyyarədə oturacaq yerinin dəyişdirilməsi elə də məsləhətli deyil.
Uçuş bələdçisinin dediyinə görə,d əyişikliyə razı olmamağınızın səbəbləri arasında digər sərnişinin davranışı ilə bağlı mümkün mənfi nəticələr də var.
ABŞ-ın Konnektikut ştatından olan stüardessa Lianna Coy qeyd edir ki, əgər sizin oturacağınız yeri tutan şəxs qaydaları pozarsa - məsələn, tualetdə siqaret çəkməklə - siz məsuliyyət daşıya bilərsiniz, çünki sizin adınız və oturacaq nömrəniz sərnişinlər siyahısında qalır.
Bundan əlavə, oturacaqların dəyişdirilməsi sərnişinin şəxsi məlumatlarını, o cümlədən oturacağı ilə bağlı məlumatları aşkar edə bilər.
Bir çox aviaşirkətlər bank kartlarını müəyyən bir ad və oturacaqla əlaqələndirən proqramlardan istifadə edir ki, bu da sizə fiziki kart olmadan təyyarədə alış-veriş etməyə imkan verir.
SİA-nın məlumatına görə, Pravda.Ru “New York Post”a istinadən xəbər verir ki, belə şərtlərlə debet adı konkret oturacaq üçün göstərilən sərnişinin kartından aparılacaq.
Əli Babayev