Beyində həddindən artıq yeməyə səbəb olan neyronlar tapılıb...

5 İyun 2025 22:14 (UTC+04:00)

Maks Plank Metabolizm Tədqiqatları İnstitutunun alman alimləri beynin hipotalamusunda həddindən artıq yemək və çəki artımı ilə birbaşa əlaqəli olan kiçik bir qrup neyron aşkar ediblər.

SİA-nın məlumatına görə, bu kəşf piylənmə ilə mübarizə aparan yeni nəsil dərmanların yaradılması üçün əsas ola bilər.

Maks Plank İnstitutundan olan alman tədqiqatçıları beynin hipotalamusunda həddindən artıq yemək və çəki artımı ilə birbaşa əlaqəli olan kiçik bir qrup neyron tapıblar. Bu kəşf piylənmə ilə mübarizə aparan yeni nəsil dərmanların yaradılması üçün əsas ola bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, PNOC/NPY neyronu adlanan müəyyən növ sinir hüceyrəsi aclığı yatıran hormon olan leptinə cavab olaraq aktivləşir.

Laboratoriya siçanlarında bu reseptorlar “söndürüldükdə” heyvanlar daha çox yeməyə başlayıb və sürətlə kökəliblər. Tədqiqatın müəllifi Mari Holm Solheim, “...belə kiçik sinir hüceyrələri qrupunun piylənməyə səbəb olması təəccüblü idi”,- deyib.

Və eyni zamanda, isveçli alimlər aşkar ediblər ki, oxşar effekt beyin sapında müəyyən neyronların aktivləşdirilməsi ilə əldə edilir. Bu, semaqlutid kimi dərmanlarla əlaqəli yan təsirlər olmadan iştahı yatırmağa imkan verir.

Tədqiqatçılar hesab edirlər ki, beynin bu sahələrini hədəfləmək piylənməni təhlükəsiz və effektiv şəkildə müalicə etməyə kömək edə bilər.

Ancaq bu günə qədər bütün məlumatlar siçanlar üzərində əldə edilmişdir; indi insan sınaqları qabaqdadır.

Nazlı Almuradova