Basketbolun 3x3 növü üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri məlum olub. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, kişilərdən ibarət yığma B qrupunda Kosovo və Malta seçmələri ilə, qadınlar isə B qrupunda Kosovo yığması ilə üz-üzə gələcək.
Kişi komandası qrupda ilk oyununu iyunun 7-də, Bakı vaxtı ilə saat 11:45-də Maltaya, ikinci matçını isə bir gün sonra saat 13:35-də Kosovo yığmasına qarşı keçirəcək.
Qızların isə qrupdakı yeganə görüşü iyunun 8-də, saat 13:10-da Kosovo seçməsi ilə olacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak hüququ qazanacaqlar.